"Qəbələ" bolqarlarla "sülh" bağladı - YENİLƏNDİ

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan "Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.
 
Sport7.az xəbər verir ki, yanvarın 12-dən Antalyada hazırlıq keçən "qırmızı-qaralar” 3-cü sınağına çıxıb. Elmar Baxşıyevin yetirmələri Bolqarıstanın "Etar” klubu ilə üz-üzə gəlib. "Karvansaray” otelinin meydançasında baş tutacaq qarşılaşma elə başladığı hesabla da yekunlaşıb - 0:0.

Yanvarın 14-də keçirilən ilk matçda Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzan "qırmızı-qaralar” 4 gündən sonra Rusiya təmsilçisi "Çayka”nı üç cavabsız qolla məğlub edib. Komanda ayın 25-də keçiriləcək son görüşdə Rumıniya təmsilçisi "Konkordiya” ilə qarşılaşacaq.

Yoxlama oyunu

22 yanvar

17:00. "Qəbələ” – "Etar” (Bolqarıstan) 0:0
 
"Qəbələ"nin start heyəti: 94. Tərlan Əhmədli, 2. Amin Seydiyev, 3. İvitsa Juniç, 4. Sadiq Quliyev, 8. Qismət Alıyev, 10. Klesio Bauk, 11. Asif Məmmədov (k), 14. Ülvi İsgəndərov, 17. Yavo Akakpo, 74. Yusif Nəbiyev, 90. Caio Manoel (baxışdadı) 

"Karvansaray” otelinin meydançası
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR