Ramil Şeydayevin yeni klubu müəyyənləşdi

Ramil Şeydayevin yeni klubu müəyyənləşdi

Millimizin hücumçusu Ramil Şeydayevin yeni klubu müəyyənləşib. 

Sport7.az xəbər verir ki, qış fasiləsində Moskva "Dinamo"su ilə yolları ayıran Şeydayev Azərbaycanda çıxış edəcək. 23 futbolçu "Sabah"la anlaşıb. Məsələ ilə bağlı klubdan gün ərzində rəsmi açıqlama verəilcəyi gözlənilir. Müqavilə müddəti çox güman ki, mövsümün sonuna qədər olacaq.

"Zenit”in yetirməsi olan Ramil karyerası ərzində Rusiyada Sankt-Peterburq klubunun ikinci komandası, "Krılya Sovetov” və "Dinamo”, Türkiyədə "Trabzonspor”, Slovakiyada "Jilina”, Azərbaycanda isə "Qarabağ”ın formasını geyinib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR