"Barselona"dan yeni transfer

"Barselona" heyətinə yeni futbolçu cəlb edib.

Sport7.az xəbər verir ki, bu haqda İspaniya mətbuatı məlumat yayıb. Kataloniya təmsilçisi Braziliyanın "San Paulu" klubundan Qustavo Mayanı transfer edib.

"Barselona" 19 yaşlı hücumçunun transferi üçün Cənubi Amerika təmsilçisi ilə anlaşıb. Kataloniyalılar qarşı tərəfə 4.5 milyon avro ödəyəcək. Gənc forvardla 2 illik müqavilə imzalanacaq.

Qustavo Maya bu mövsüm gənclər arasında San-Paulu kubokunda meydana çıxdığı 7 oyunda 3 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR