Federasiya prezidenti koronavirusa yoluxdu

Federasiya prezidenti koronavirusa yoluxdu

Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelkonun koronavirus testi müsbət çıxıb.

Sport7.az xəbər verir ki, bu barədə 45 yaşlı funksioner özünün "Facebook" səhifəsində paylaşım edib. O, son bir neçə gündə görüşdüyü insanların müəyyən edildiyini və onlardan analiz götürüldüyünü bildirib.

Səhhəti ilə bağlı da danışan Pavelko özünü yaxşı hiss etdiyini və karantin şəraitində işinə davam edəcəyini yazıb.

Andrey Pavelko 2015-ci ildən UAF prezidenti, 2019-cu ildən UEFA İcraiyyə Komitəsinin üzvüdür. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR