Birinci Divizionun püşkü atıldı

Birinci Divizionun püşkü atıldı

Azərbaycan çempionatının Birinci Divizionunda 2020/21 mövsümünün püşkü atılıb.

Sport7.az xəbər verir ki, tədbir bu gün AFFA-nın inzibati binasında təşkil olunub.

10 komandanın mübarizə aparacağı yarışa oktyabrın 1-də start veriləcək. İlk turun görüşləri iki günü əhatə edəcək. 3 dövrədən - 27 turdan ibarət olacaq turnirdə 5 klub və 5 əvəzedici komanda qüvvəsini sınayacaq. Bunlar "Turan Tovuz”, "Zaqatala”, "Sabah-2”, "Neftçi-2”, "Kəpəz”, "Keşlə-2”, "Sumqayıt-2”, "Qarabağ-2”,  MOİK və "Qaradağ Lökbatan”dır.

1-ci dövrədə ev sahibi olacaq komandalar 3-cü dövrədə də oyunlarını öz meydanlarında keçirəcəklər.

1-ci turun cütləri:

"Keşlə-2” – "Kəpəz”
"Sumqayıt-2” - "Qarabağ-2”
"Qaradağ Lökbatan” – MOİK
"Turan Tovuz” - "Zaqatala”
"Neftçi-2” - "Sabah-2”
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR