Ronaldodan yeni rekord

Ronaldodan yeni rekord

"Yuventus"un futbolçusu Kristiano Ronaldo daha bir rekorda imza atıb.

Sport7.az xəbər verir ki, hücumçu Avropanın top-5 liqası tarixində 450 qol vurmuş ilk futbolçu olub. Portuqaliyalı ulduz A Seriyasının ikinci turunda "Roma" ilə matçda (2:2) dubl edib.

Belə sayda qol vurmaq üçün Ronalduya 554 matç keçirmək lazım gəlib. O, "Yuventus"un heyətində 55 qol vurub. Portuqaliyalı futbolçu "Real"ın heyətində La Liqada 311 dəfə fərqlənib. Ronaldunun aktivində habelə "Mançester Yunayted"in heyətində İngiltərə Premyer Liqasında 84 qol var.

Portuqaliyalı futbolçunun bu göstərici üzrə əsas rəqibi "Barselona"nın hücumçusu Lionel Messidir. Argentinalı futbolçunun aktivində 486 matçda 445 qol var.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR