Levandovskidən yeni rekord

Levandovskidən yeni rekord

"Bavariya”nın futbolçusu  Robert Levandovski Almaniya Bundesliqasında yeni rekorda imza atıb.
 
Sport7.az xəbər verir ki, polşalı hücumçu ilk 5 turda 10 qol vurmaqla çempionatın tarixinə düşüb. İndiyədək heç bir futbolçu startda belə məhsuldar olmayıb. Robert buna 5-ci turun "Ayntraxt”la görüşündə (5:0) imza atıb. O, sözügedən qarşılaşmada het-trik müəllifi olub. 
 
Polşalı Bundesliqada 11-ci dəfə het-trik edib. O, bu göstəricidə turnirin 4-cü oyunçusudur. Yalnız üç nəfər daha çox het-trik edib.
 
Əfsanəvi Herd Müller hələ ki, əlçatmazdır – 32 dəfə. Klaus Fişer və Mario Qomesin aktivində 12 het-trik var ki, Robertin onlara çatması üçün çox gözləmək lazım gəlməyəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR