"Trabzonspor" baş məşqçisini istefaya göndərdi

"Trabzonspor" baş məşqçisi Eddi Nyutonla yolları ayırıb.
 
Sport7.az xəbər verir ki,  ingiltərəli mütəxəssislə müqaviləyə xitam verilib.

DHA-nın yaydığı xəbərə görə, klub rəhbərliyi komandanın 2020/2021 mövsümündə uğursuz çıxışına görə bu addımı atmağa məcbur olub. Məsələ ilə bağlı rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyə Super Liqasının VII turunda evdə "Kasımpaşa"ya 3:4 hesabı ilə uduzan "Trabzonspor" 5 xalla 18-ci pillədə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR