Avropa çempionatının yeni tarixi açıqlandı

Avropa çempionatının yeni tarixi açıqlandı

Bu il Rusiyanın paytaxtı Moskvada keçirilməli olduğu halda, koronavirus pandemiyasına görə təxirə salınmış ağırlıqdaldırma üzrə Avropa çempionatının yeni tarixi açıqlanıb.

Sport7.az xəbər verir ki, bu haqda Avropa Ağırlıqqaldırma Federasiyasının rəsmi saytında məlumat yer alıb. Yarış 2021-ci il 3-11 apreldə baş tutacaq. Rusiya paytaxtındakı qitə çempionatı bu ilin aprelində keçirilməli idi. Yarışı yayda da keçirmək mümkün olmamışdı.

Avropa çempionatı olimpiadaya reytinq xarakterlidir. Tokio Yay Olimpiya Oyunları bu il 24 iyul - 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən olimpiada 2021-ci il 23 iyul-8 avqusta təxirə salınıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR