"Mançester Yunayted"də itkilər

Çempionlar Liqasının qrup mərhələsində Türkiyə təmsilçisi "Başakşəhər”i məğlub edən (4:1) "Mançester Yunayted” iki itki ilə üzləşib.

Sport7.az xəbər verir ki, bu barədə "qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşer məlumat verib. Norveçli mütəxəssis bildirib ki, müdafiəçilər Viktor Lindelöf və Aaron van-Bissaka Türkiyə çempionuna qarşı görüşdə zədələnib. Bu üzdən Lindelöf fasilədən dərhal sonra, van-Bissaka isə 59-cu dəqiqədə əvəzlənib. Baş məşqçi hər iki oyunçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcəyini söyləyib.

4 turdan sonra "Mançester Yunayted” 9 xalla qrupa başçılıq edir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR