"Səbail" yeni transferinin adını açıqladı

"Səbail” Peşəkar Futbol Klubu heyətini yeni futbolçu qataraq gücləndirib.
 
Sport7.az xəbər verir ki, klub Gürcüstanın U-21 millisinin üzvü Luka İmnadze ilə mövsümün sonunadək müqavilə imzalayıb.
 
Karyerasına "Mark Stars”da başlayan oyunçu "Quria”, "Saburtalo”, "Kolxeti”, "Rustavi”, "Samtrediya” klublarının formasını geyinib. Yarımmüdafiəçi U-21-də 4 oyunda meydana çıxıb, 1 qol vurub.
 
Gənc futbolçu transferi ilə bağlı klubun mətbuat xidmətinə açıqlama verib: "Çox ambisiyalı məqsədlərim var və komanda ilə birlikdə azarkeşlərin gözləntilərini doğruldaraq, "Səbail" ilə ən yüksək nəticələri əldə etmək üçün əlimdən gələni edəcəm".
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR