"Bavariya”nın futbolçusu Robert Levandovski daha bir rekorda imza atıb.
Sport7.az xəbər verir ki, polşalı hücumçu Bundesliqada ardıcıl 8 səfər oyununda qol vuran ilk futbolçu olub. Robert seriyasını "Şalke” ilə matçda 8-ə çatdırıb. O, 4:0 hesablı səfər qələbəsinə 1 qolla töhfə verib.
Levandovski 17 turdan sonra 23 qolla bombardirlər yarışının lideridir.
Sport7.az