Fransa klubunda yeni baş məşqçi

Fransa klubunda yeni baş məşqçi

"Marsel"in baş məşqçi postuna Xorxe Sampaoli təyin olunub.

Sport7.az xəbər verir ki, 60 yaşlı mütəxəssislə 2023-cü ilin yayınadək müqavilə bağlanılıb. Çilili mütəxəssis yeni vəzifədə Andre Villaş-Boaşı əvəzləyib.

Sampaoli Braziliya "Atletiko Mineyro"sunda son oyununu fevralın 26-da keçirib. Villaş-Boaş isə "Marsel"i bir neçə həftə öncə tərk edib. Bu komanda Fransa Liqa 1-də 25 oyundan sonra 7-ci pillədə gedir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR