"Real" müdafiəçisini satır

"Real” futbolçusu Rafael Varanı satmağa hazırdır.

Sport7.az xəbər verir ki, fransalı müdafiəçinin 2022-ci ildə başa çatacaq müqaviləni uzatmaq istəməməsi də Madrid klubunun qərarında rol oynayıb.

La Liqa təmsilçisi belə vəziyyətdə mümkün qədər pul qazanmaq üçün futbolçusunu satmağı daha düzgün hesab edir. Bu üzdən də klub rəhbərliyi fransalının keçidindən yaxşı qazanmaq niyyətindədir.

Varan cari mövsüm La Liqada meydana çıxdığı 23 oyunda 2 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR