"Formula 1"ə yeni Qran Pri əlavə olundu

"Formula 1" üzrə dünya çempionatının təqviminə daha bir Qran-pri əlavə edilib.

Sport7.az xəbər verir ki, bu haqda yarışın rəsmi saytında məlumat yer alıb. 2021-ci ildə Portuqaliyada da yarış gerçəkləşəcək.

Portiman şəhərindəki Qran-pri 30 aprel - 2 mayda təşkil olunacaq.

"Formula 1"də 2021 mövsümü 26 - 28 martda Bəhreyn Qran-prisi ilə start götürəcək. Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR