"Kəpəz" veteran futbolçunu təbrik etdi

"Kəpəz" bu günlərdə 80 illik yubileyini qeyd edən Müzəffər Qasımovu təbrik edib.
 
Sport7.az xəbər verir ki, klubun kollektivi və azarkeşlər adından yubilyara təbrikləri və ən xoş arzuları çatdıran icraçı direktor İlqar Nadiri Müzəffər Qasımovun Azərbaycan futbolunun canlı əfsanəsi olduğunu bildirib. Klub rəhbəri "Gəncə futboluna 60 ildən çox müddətdə xidmət edən futbol veteranı "Kəpəz" üçün böyük dəyərdir" söyləyib. 

Təbrikə görə minnətdarlığını bildirən Müzəffər Qasımov növbəti doğum gününü "Kəpəz" ilə birlikdə Premyer Liqada qeyd etmək istədiyini deyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR