"Qalatasaray" bu futbolçu ilə anlaşdı

"Qalatasaray"ı "Kasımpaşa"nın futbolçusu Aytaç Kara ilə anlaşıb.

Sport7.az xəbər verir ki, bu haqda "NTV Spor" məlumat yayıb. İstanbul təmsilçisi 2020/2021 mövsümünün sonunda 28 yaşlı yarımmüdafiəçini heyətinə qatacaq. Təcrübəli futbolçu ilə imzalanacaq müqavilənin detalları açıqlanmayıb.

Bu mövsüm 26 oyunda meydana çıxan Aytaç Kara 4 qol vurub, 2 məhsuldar ötürmə edib. O, Superliqanın 31-ci turunda keçirilən "Beşiktaş"la matçdan (1:0) sonra klubun icraçı direktoru Serkan Reçberlə mübahisə etdiyi üçün heyətdən kənarlaşdırılıb.

Fubolçunun "Kasımpaşa" ilə müqaviləsi bu ilin iyununda başa çatacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR