21 yaşlı tennisçi idmandan ömürlük kənarlaşdırıldı, 21 ŞOK fakt

21 yaşlı tennisçi idmandan ömürlük kənarlaşdırıldı, 21 ŞOK fakt

Tennisdə Dürüstlük Təşkilatı (TİU) 21 yaşlı misirli tennisçi Youssef Hossami ömürlük diskvalifikasiya edib.
 
Sport7.az xəbər verir ki, buna səbəb tennisçinin danışılmış oyunlarda iştirakının aşkarlanması olub. Peşəkar tennisçinin 8 qarşlaşmada oyun alğı-satqısı, 6 görüşdə pul qoyuluşu etməsi, 2 oyunda rəqibin tam performansını göstərməməsi üçün ona rüşvət verməsi, digər 3 matçda oxşar halı təkrarlaması və  2 dəfə TİU-nun şikayətinə baxmayaraq məhkəməyə gəlməməsi müəyyənləşib. Hossami ümumilikdə 21 faktla bağlı ittiham olunub.
 
Faktlarla bağlı araşdırma aparıldığından tennisçinin ötən ilin mayında idmandan müvəqqəti uzaqlaşdırılması ilə bağlı qərar çıxarılmışdı.  
 
Kişilər tennisçilər arasında dünya reytinqində 800-cü olan Youssef 2017-ci ilin dekabrında 291-ci pilləyə qədər yüksəlmişdi.
 
Sport7.az

.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR