26 yaşında karyerasını bitirdi

26 yaşında karyerasını bitirdi
"Hall Siti"nin futbolçusu Rayan Mason 26 yaşında karyerasını bitirmək məcburiyyətində qalıb.
 
Sport7.az xəbər verir ki, buna səbəb başından zədə alması olub. 2017-ci il yanvarın 22-də "Çelsi" ilə matçda rəqib futbolçu Harri Kehllə hava mübarizəsi zamanı Masonun başında çatlaq yaranıb.
 
Karyerasına "Tottenhem"də başlayan və 2016-cı ildə klub rekordu qıraraq 13 milyon avroya "Hall Siti"yə transfer olan Mason hadisədən sonrə cəmi 8 dəqiqə meydanda qala bilmişdi və ilk müdaxilə elə orda olunmuşdu. 2015-ci ildə cəmi 1 dəfə İngiltərə yığmasının formasını geyən futbolçu zədədən sonra əməliyyat olub və möcüzə sayəsində həyatda qaldığı açıqlanmışdı. 
 
Müalicəsinə davam edən futbolçu dünyanın öndə gedən cərrah və nevropotoloqlarının tövsiyəsindən sonra belə qərara gəlib. Ötən ilin mayında klubla çalışmalara başlasa da, onun nə vaxt dönəcəyi haqda konkret məlumat verilmirdi. Ancaq o dünən karyerasını bitirmək qərarı verdiyini internet vasitəsilə açıqlayıb.

Xəbər lenti