28 yaşlı boksçu döyüşdən bir neçə gün sonra dünyasını dəyişib

28 yaşlı boksçu döyüşdən bir neçə gün sonra dünyasını dəyişib

Rusiyalı boksçu Maksim Dadaşov ABŞ-da yerləşən xəstəxanada dünyasını dəyişib.

Şənbə günü Dadaşev Okson-Hilldə puerto-rikolu Subriel Matiasa məğlub olmuşdu. Döyüş 11-ci raunddan sonra dayandırılmışdı. Bu, Dadaşevin karyerasının ilk məğlubiyyəti idi.

Döyüşdən sonra boksçunun beynində şiş aşkarlanmış və o, trepanasiya (müvafiq nahiyəni ya boşluğu əldə etmək məqsədi ilə kəllə sümüyünün dəlilməsi - sport7) əməliyyatına cəlb olunmuşdu. Rus idmançı bir neçə gün idi ki, koma vəziyyətində idi.

Maksim Dadaşovun 28 yaşı var idi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR