"3 xal üçün mübarizə aparacağıq" - "Vilyareal"ın futbolçusu

"Vilyarreal"ın futbolçuları UEFA Avropa Liqasının I qrupunun II turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyunla bağlı paylaşım ediblər.

Sport7.az xəbər verir ki, hücumçu Pako Alkaser və yarımmüdafiəçi Visente İborra "Twitter"də matç barədə fikirlərini bölüşüb. 

Alkaser evdən çox uzaqda matça çıxacaqlarını xatırladıb: "Eyni istəklə oynayacağıq və növbəti 3 xal üçün mübarizə aparacağıq".

İborra isə qrup mərhələsinin ikinci qarşılaşmasında komanda olaraq hədəfə doğru bir addım daha irəliləmək istədiklərini vurğulayıb.

"Qarabağ" - "Vilyarreal" matçı bu gün Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR