39 yaşlı İbrahimoviç mövsümün ən yaxşıları sırasında

39 yaşlı İbrahimoviç mövsümün ən yaxşıları sırasında

Məşhur "Whoscored" statistika portalı "Böyük Beşlik" liqalarında mövsümün ən yaxşı transferlərindən ibarət simvolik komandanı açıqlayıb. 

Sport7.az xəbər verir ki, "11-lik"də İtaliya A Seriyası təmsilçisi "Milan"ın 39 yaşlı hücumçusu Zlatan İbrahimoviç də yer alıb. Almaniya "Borussiya"sında (Dortmund) çıxış edən 20 yaşlı forvard Erlinq Holand da rəmzi komandaya düşüb. 

2010 - 2012-ci illərdə də "Milan"da çıxış edən Zlatan İbrahimoviç bu ilin əvvəlində İtaliya təmsilçisinə qayıdıb. O, A Seriyasının 19 matçında iştirak edərək, 10 qol vurub və 5 məhsuldar ötürmə verib. Erlinq Holand da yanvarda Avstriya "Zaltsburq"undan "Borussiya"ya keçib.
 
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR