4 boksçumuz dünya çempionatında

4 boksçumuz dünya çempionatında

Koreyanın Jeju şəhərində boks üzrə qadınlar arasında dünya çempionatına start verilib.

Sport7.Az xəbər verir ki, yarışda 67 ölkənin 337 boksçusu qələbə uğrunda mübarizə aparır. Seçmə komandamız dünya çempionatında 8 boksçu ilə təmsil olunur. Əsas medal ümidlərimizdən biri 69 kq çəki dərəcəsində çıxış edəcək Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Yelena Vıstropovadır. Baş məşqçi Şamil Məhəmmədbəyov Əzizə Abbasova (48 kq), Anaxanım Ağayeva (51 kq), Anna Əlimərdanova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Yana Alekseyeva (69 kq), Leyla Cavadova (75 kq) və Aynur Rzayevanı (81+kq) daxil edib. Dünya çempionatının ilk günündə boksçularımızdan heç biri rinqə çıxmayıb.

Noyabrın 17-də Anaxanım Ağayeva tailandlı Sopida Satumrumla, Məhsəti Həmzəyeva meksikalı Esquvel Ledesmayla, Yana Alekseyeva macarıstanlı Vivien Tsomborla, Yelena Vıstropova ingiltərəli Steysi Kopelandla üz-üzə gələcək. Qeyd edək ki, dünya çempionatında ölkəmizi hakim kimi Fuad Aslanov təmsil edir.

Sport7.Az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR