4 cüdoçumuz bu gün tatamiyə çıxacaq

4 cüdoçumuz bu gün tatamiyə çıxacaq

Bu gün Azərbaycanın daha 4 cüdoçusu Macarıstanın paytaxtı Budapeştdəki "Böyük Dəbilqə"də mübarizəyə başlayacaq.

Sport7.az xəbər verir ki, yarışın ikinci günündə 73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov Monqolustan təmsilçisi Ankhzaya Lavjarqalla üz-üzə gələcək. Eyni çəkidəki Telman Vəliyev yunanıstanlı Georgios Azoidislə görüşəcək.

81 kq-dakı Hidayət Heydərov İvaylo İvanovla (Bolqarıstan), Murad Fətiyev isə Gilerme Şimidtlə (Braziliya) qarşılaşacaq.

"Böyük Dəbilqə"yə oktyabrın 25-də yekun vurulacaq. Azərbaycan yarışda 17 cüdoçu ilə təmsil olunur. Yarışın ilk günündə Orxan Səfərov (66 kq) bürünc medal qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR