40 yaşlı Droqba karyerasını bitirdi

40 yaşlı Droqba karyerasını bitirdi
Fil Dişi Sahilli futbolçu Didye Droqba karyerasını bitirib.
 
Sport7.az xəbər verir ki, ABŞ-ın 2-ci futbol liqasında mübarizə aparan "Foeniks Rizinq"in formasını geyən məşhur futbolçu Amerika kubokunun finalında "Luisville Siti"yə 0:1 hesablı məğlubiyyətdən sonra karyerasının son matçında kubok qaldırmaq şansını qaçıran 40 yaşlı Droqba aktiv futbolçu fəaliyyətini nöqtələyib.
 
Futbolçu hələ martda verdiyi açıqlamda mövsümün sonunda karyerasını bitirəcəyini açıqlamışdı. Ulduz futbolçu ABŞ-da yaşayan türkiyəli iş adamı Berke Berkayın da sahibi olduğu "Foeniks Rizinq"in ötən ildən etibarən şərikidi.
 
"Qalatasaray"da da 1, 5 il forma geyən Droqba karyerası ərzində "Le Mans", "Genqam", "Marsel", "Çelsi", "Şanxay Şenhua", "Montreal İmpakt"da da oynayıb.
 
Klub karyerası ərzində meydana çıxdığı 685 oyunda 300 qola, 114 məhsuldar ötürməyə imza atan təcrübəli futbolçu, yığmada 104 oyunda 65 dəfə rəqib qapılarının torunu silkələyib.
 
Sport7.az

Xəbər lenti