41 yaşlı futbolçu karyerasında 27-ci klubla anlaşdı

41 yaşlı futbolçu karyerasında 27-ci klubla anlaşdı
Çilinin ikinci liqa komandalarından olan "Maqallanes"in heyətinə qatdığı uruqvaylı futbolçu Sebastian Abreu, karyerasında 27-ci fərqli klubda forma geyəcək. 
 
Sport7.az xəbər verir ki, klub 41 yaşlı hücumçu ilə müqavilə imzaladığını açıqlayıb. 
 
Abreu öz ölkəsində "Nasional", Meksikada "Tiqres", "Kruz Azul", Argentinada "River Pleyt", "San Lorenzo", İspaniyada "Deportivo", "Real Sosyedad". Yunanıstanda "Aris", Braziliyada "Botafoqo" başda olmaqla bir çox klublarda çalışıb.
 
Uruqvay yığması ilə meydana çıxdığı 70 oyunda 26 qola imza atan qocaman futbolçu, 2011-ci ildə "Kopa Amerika"da zəfər qazanıb.
 
Karyerasına 1995-ci ildə başlayan və 27-ci komandası ilə müqavilə bağlayan Abreu, ən çox klub forması geyən futbolçular sırasında, 29 dəfə iş yerini dəyişmiş sabiq ingilis futbolçular Trevor Benyamin və Con Burridcedən sonra qərarlaşıb.
 
Sport7.az

Xəbər lenti