44 illik seriyaya son qoyuldu

44 illik seriyaya son qoyuldu
Rusiyada təşkil olunan DÇ-2018-də 3-cü yer uğrunda matçda Belçika İngiltərə yığımasını 2:0 yenməsi 44 illik seriyanın qırılmasına səbəb olub.  
 
Sport7.az xəbər verir ki, DÇ-1974-dən sonra ilk dəfə üçüncü yer uğrunda görüşdə 3-dən az qol vurulub. 44 il əvvəl Polşa Braziliyanı 1:0 hesabı ilə məğlub etməklə bürünc medallara yiyələnmişdi.

Ümumilikdə mundiallar tarixində buna qədər yalnız 3 dəfə - 1962, 1970, 1974-cü illərdə - bürünc medal uğrunda matçda 3-dən az qol vurulub.
 
Sport7.az

Xəbər lenti