45 dəqiqə oynadı, Premyer Liqada rekorda imza atdı

45 dəqiqə oynadı, Premyer Liqada rekorda imza atdı

Bir neçə gün öncə "Liverpul"la müqavil bağlayan Tyaqo Alkantara Premyer Liqadakı debütündə rekorda imza atıb.
 
Sport7.az xəbər verir ki, "Optasports"a əsasən Alkantara 45 dəqiqə ərzində ən çox ötürmə verən futbolçu olub. "Bavariya"dan 20 milyon funt-sterlinq qarşılığında transfer olunan Alkantara bunu "Stemford Bridge"də "Çelsi" ilə oyunda gerçəkləşdirib. Bu həm də Premyer Liqa tarixində yeni ötürmə rekordu olub. 
 
İspaniya yığmasının üzvü matça ehtiyat oyunçular skamyasında başlayıb. Ancaq kapitan Yordan Hendersonun bud əzələsindən zədələnməsindən sonra Alkantara 2-ci hissədə meydana daxil olub. O meydanda olduğu müddətdə 75 uğurlu ötürməyə imza atıb. Bu 90 dəqiqə oynayan "Çelsi" futbolçularının ötürmlərindən daha çox olub. 
 
"Optasports" 2003-2004 mövsümündən etibarən ötürmələrin stratistikasını aparır. "Çelsi" - "Liverpul" matçı qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qolu Sadio Mane rəqib qapısından keçirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR