5 qat Paralimpiya çempionu Azərbaycanda

5 qat Paralimpiya çempionu Azərbaycanda

Belarus Paralimpiya Komitəsinin prezidenti Oleq Şepel Bakıda səfərdədir. 

Sport7.az xəbər verir ki, Belarusun idman rəsmisi Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin birgə keçirdiyi "Yenilməzlər” adlı qala təqdimatda iştirak etmək üçün Bakıya gəlib.

Oleq Şepel atletika üzrə beşqat Paralimpiya çempionudur.

Sabah Bakıda Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı "Yenilməzlər” adlı beynəlxalq qala təqdimat keçiriləcək.

Tədbirin başlıca məqsədi paralimpiya dəyərlərini təbliğ etməklə yanaşı, ölkədə fəaliyyət göstərən özəl şirkətlərin Korporativ Sosial Məsuliyyət sahəsində stimullaşdırılmasıdır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR