"5 setlik formatda Cokoviçi məğlub edə biləcək yeganə oyunçu Nadaldı" - Mats Vilander

Sabiq dünya bir nömrəsi Mats Vilander "US Open"lə bağlı gözləntilərindən danışıb:

"Rocer Federer ardıcıl 7 çətin matç oynamalıdı. Oyun tərzindən asılı olmayaraq, yaxşı servisi olan tennisçilərə, həmçinin autsayderlərə qarşı problem yaşaya bilər.

5 setlik formatda Novak Cokoviçi məğlub edə biləcək yeganə oyunçu Rafael Nadaldı. Daniil Medvedyev serb tennisçiyə qalib gələ bilər, sadəcə, düşünürəm ki, Rafa daha böyük təhlükədi.

Yarımfinalda adları Rocer, Rafa, Sten və Novak olmayan tennisçilərə ehtiyacımız var. Hard kortda gənc tennisçilərdən kimsə yarımfinala vəsiqə qazanmasa, həm təəccüblənəcəm, həm də məyus olacam. Otda təcrübəyə ehtiyac var, torpaq örtükdə müəyyən oyun tərzin olmalıdı, hardda isə yeni generasiyasını təmsil edən tennisçilərin irəliləyə bilməməsi üçün bəhanələrə yer yoxdu".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR