50-ci məğlubiyyət

50-ci məğlubiyyət

"Sabah” tarixində 50-ci məğlubiyyətini alıb.
 
Sport7.az xəbər verir ki, Bu, komandanın 101-ci görüşünə təsadüf edib. Bakı təmsilçisi Premyer Liqanın XVIII turunda "Neftçi” ilə səfər görüşündə 1:2 hesabı ilə uduzub. İndiyədək I divizion, Azərbaycan kuboku və Premyer Liqada mübarizə aparan komanda bu müddətdə 29 qələbə qazanıb və 22 heç-heçə edib.
 
2017/18 mövsümündə I divizionda debüt edən "Sabah” aşağı dəstədə 9, ölkə kubokunda 6, Premyer Liqada 35 dəfə məğlubiyyət acısı yaşayıb.
 
Aleksey İsayev Premyer Liqada 50-ci görüşünü keçirib. 2018/19 mövsümündə "Sumqayıt”ın heyətində ilk çempionat görüşünə çıxan futbolçu "Gənclik şəhəri” təmsilçisində 38, "Sabah”da 12 qarşılaşmada iştirak edib. O, yeganə qoluna da paytaxt təmsilçisində imza atıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR