"6-cı dəfə "Qızıl top"u qazanması üçün Ronalduya kömək etmək istəyirəm" - Sarri

"Yuventus"un baş məşqçisi Mauritsio Sarri Kriştianu Ronaldunun İtaliya Kubokunun 1/8 finalı çərçivəsində "Udineze" ilə oynanılan matçda (4:0) meydana çıxmamasının səbəbini açıqlayıb.

Həmçinin Sarri portuqaliyalı futbolçuya 6-cı "Qızıl top" mükafatını qazandırmaq istədiyini sözlərinə əlavə edib:

"Ronaldu iki gün idi ki, sinuzitdən əziyyət çəkirdi. Səhər özünü yaxşı hiss edirdi, amma günorta hərarəti qalxdı. Həkimlər soyuq havada riskə getməyin düzgün olmadığını dedilər. Bu səbəbdən Ronalduya yataq istirahəti verildi.

6-cı dəfə "Qızıl top"u qazanması üçün Ronalduya kömək etmək istəyirəm. Kiminsə (Lionel Messi - Sport7.az) ondan bir mükafat öndə olması mənim üçün xoş deyil.

Gələcəkdə Dibala da "Qızıl top" uğrunda mübarizə apara bilər. Növbəti illərdə o, dünya futbolunda öz izini qoya bilər".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR