7-ci turun rəmzi "11-liy"i açıqlandı

7-ci turun rəmzi
"İnStat Sport" Topaz Premyer Liqasının 7-ci turunun rəmzi komandasını açıqlayıb.
 
Sport7.az xəbər verir ki, rəmzi "11-liy"ə "Qəbələ"dən 2, "Səbail"dən, 2, "Zirə" və "Neftçi"dən 3, "Sumqayıt"dan isə 1 futbolçunun adı salınıb. Yığmaların oyununa görə "Qarabağ" - "Keşlə" matçı təxirə salındığı üçün bu komandalardan heç bir futbolçunun adı rəmzi komandaya düşməyib. 
 
Qapıçı: Səlahət Ağayev (4)
Müdafiəçilər: İlkin Qırtımov, Miloş Radivoyeviç (hər ikisi "Zirə"), Şəhriyar Əliyev (2) ("Sumqayıt"), Voislav Stankoviç ("Qəbələ")
Yarımmüdafiəçilər: Emin Mahmudov (2), Soni Mustivar (hər ikisi "Neftçi"), Sadio Tounkara ("Zirə"), Fəhmin Muradbəyli ("Səbail")
Hücumçular: Ceyms Adeniyi (2) ("Qəbələ"), Ruslan Qurbanov ("Səbail")
 
Mötərizədəki rəqəmlər futbolçunun neçənci dəfə rəmzi "11-liy"ə düşdüyünü göstərir.
 
Sport7.az

Xəbər lenti