7 illik müqavilə bağladı

7 illik müqavilə bağladı
"Mançester Siti" braziliyalı qapıçısı Ederson Moraeslə uzunmüddətli müqavilə imzalayıb.
 
Sport7.az xəbər verir ki, klubdan verilən açıqlamada 24 yaşlı qolkiperin 2023-cü ildə bitəcək anlaşmasını 2025-ci ilə qədər uzadıldığı bildirilib. 
 
"Mançester Siti" Edersonu ötən il Portuqaliya "Benfika"sından 35 milyon avro qarşılığında transfer etmişdi.
 
Bu mövsüm Çempionlar Liqası və Premyer Liqada "Mançester Siti" formasında 45 matça çıxan qapıçı bunların 21-də qapısından qol buraxmayıb.
 
Sport7.az

Xəbər lenti