77 yaşlı çempion velosipeddən yıxılıb öldü

77 yaşlı çempion velosipeddən yıxılıb öldü
Triatlon idman növü üzrə amerikalı sabiq dünya çempionu Elizabet Braket velosipeddən yıxılaraq dünyasını dəyişib. 

Sport7.az xəbər verir ki, onurğası qırılan 77 yaşlı veteran müalicə aldığı xəstəxanada vəfat edib.

Elizabet Braket jurnalist kimi də fəaliyyə göstərirdi. O, 20 ildi "Chikago Tonight" proqramının aparıcısı idi.
 
Braket 2009-cu ildə öz yaş qrupu üzrə Sidneydə keçirilən yarışda dünya çempionu olmuşdu.
 
Sport7.az

Xəbər lenti