8 futbolçu Türkiyə millisindən imtina etdi - SİYAHI

8 futbolçu Türkiyə millisindən imtina etdi - SİYAHI
Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku İsveçlə UEFA Millətlər Liqasının oyunundan əvvəl müzakirələrə səbəb olan açıqlama vermişdi.

Sport7.az xəbər verir ki, rumın mütəxəssis may ayında milliyə çağırdığı 8 futbolçunun müxtəlif səbəblər göstərərək düşərgəyə gəlməkdən imtina etdiyini bildirmişdi: "Mən özümü əlimdə olan oyunçuların səviyyəsinə uyğunlaşdırmağa çalışıram. Oyunçularımızın ürəklə milliyə gəlməsini istəyirəm. May ayında 8 futbolçu çağırdım, gəlmədilər. Bəzi problemlər və həqiqətlər səbəbindən. Mən indi yeni bir komanda qurmaq istəyirəm".

Artıq millidən imtina edən 8 futbolçudan 7-sinin kimliyi açıqlanıb. Bu barədə futbol şərhçisi Turqay Dəmir sosial mediada yazıb. 7 futbolçunun adını yazan şərhçi "8-i siz tamamlayın" deyib.

Turqay Dəmirin iddiasına görə, millidən imtina edən 7 futbolçu bunlardı: Arda Turan, Burak Yılmaz, Əmrə Belözoğlu Səlcuk İnan, Caner Erkin, Gökhan Gönül, Volkan Dəmirəl.
 

 
Sport7.az

Xəbər lenti