99 yaşlı

99 yaşlı "Tuki"dən derbi proqnozu - FOTO

Kocaelidə yerləşən zooparkda yaşayan Türkiyənin ən yaşlı tısbağası olan "Tuki" 99 yaşını tamamlayıb.

Sport7.az xəbər verir ki, nəsli tükənmək üzrə olan nəhəng Aldabra tısbağası üçün doğum günü təşkil olunub. "Tuki" bununla yanaşı derbi proqnozu da verib. 

Türkiyə Superliqasının 28-ci turu çərçivəsində Kadıköydə baş tutacaq "Fənərbaxça" - "Qalatasaray" derbisi ilə əlaqədar proqnoz verən "Tuki"nin qəfəsinə "sarı-qırmızı" və "sarı-lacivərt" rənglərində futbol topu qoyulub. 

Daha öncə eyni şəkildə Dünya çempionatının finalı da daxil 5 derbinin qalibini doğru təxmin edən tısbağa bu dəfə "Sarı-qırmızı" rəngdə olan topa yönəlib. 

Daha sonra 20 ildi bu tısbağaya baxıcılıq edən Neşat Aydın, ona meyvə və tərəvəzdən ibarət doğum günü hədiyyəsi verib.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR