A Seriyası klubunda yeni baş məşqçi

A Seriyası klubunda yeni baş məşqçi

"Kalyari”nin yeni baş məşqçisi müəyyənləşib.

Sport7.az xəbər verir ki, A Seriyası təmsilçisini bundan sonra Eysebio Di Françesko çalışdıracaq. Klubun rəsmi saytında 50 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanması ilə bağlı məlumat yer alıb. O, 2022-ci ilin yayına qədər "Kalyari”nin "sükanı arxası”nda olacaq.

Sonuncu komandası "Sampdoriya” olan Di Françesko 2019-cu ilin oktyabrından işsiz idi. Yeni postunda Valter Zenqanı əvəzləyən mütəxəssisin vergilər çıxıldıqdan sonra ildə 1,8 milyon avro qazanacağı iddia edilir.

"Kalyari” 2019/20 mövsümündə A seriyasında 13-cü olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR