Ağasəlim Mircavadov: "Onların hücumlarını ikinci xətdə "qırmaq" lazımdı"

Ağasəlim Mircavadov:
Azərbaycanın tanınmış məşqçilərindən olan Ağasəlim Mircavadov "Qarabağ"ın "şerif"lə matçı haqda fikirlərini bildirib.

Təcrübəli mütəxəssis Sport7.az-a açıqlamasında bunları söyləyib: "Bəziləri dyir ki, nikbin olmalıyıq. Bəziləri də əziyyətin fərqli olduğunu söyləyir. Bilirsiz necədi səfər və ev oyunlarının mahiyyəti böyükdü. Səfərdə komanda kompakt oyuna və əks-hücumlara üstünlük verir ki, qol buraxmasın. "Qarabağ"ın üstünlüyü ondadı ki, yaxşı top saxlaya bilirlər. Ona görə də mərkəzdə top saxlamalı və axtarmalıdılar. İlk matça baxa bilmədim. Amma baxanlardan soruşmuşam, biri deyir müdafiədə yaxşı oynayırlar, digəri legionerləri önə çəkir. Fikirlər fərqlidi. İlk oyunu görsəydim, analiz edib fərqli şəkildə fikir bildirərdim. Amma onu bilirəm ki, bu oyun 1 ilin zəhmətidi. Gəlib çıxmışıq bu mərhələyə. Düzdü Çempionlar Liqasında alınmadı. BATE-nin PSV ilə oyununa baxdım. İnanın mənə BATE "Qarabağ"dan üstün deyil. Olur də, oyundu. Kimisə qınamaq da lazım deyil. 14-cü dəqiqədə qol buraxdılar. Möhkəm də yağış yağırdı. BATE-nin bir müdafiəçisi vardı mərkəzdə. PSV-nin oyunçusu onu elə aldatdı ki, sanki keçdiyi dirək idi. Qoldan sonra bunlar sındı. Düzdü sonra qol vəziyyətləri oldu, vura bilmədilər. Amma oyun barəsində "Qarabağ" onlardan üstündü. 4 il əvvəl Minskdə onların oyununu canlı izləmişdim. Həqiqətən əla komanda idi. Yaxşı legionerləri vardı, Belarus uşaqları da onlardan çox şey öyrənirdi. İndiki halda "Qarabağ" nəyin hesabına qələbə qazana bilər? İlk növbədə öz oyununu oynamalıdı. Ancaq sürəti artırmalıdı. Çünki bu böyük rol oynaya bilər. İkincisi rəqibi cinahlarda yormaq lazımdı. Həmin mövqelərdə fərdi oyunlardan çox istifadə olunmalıdı. Künc və cərimə zərbələrindən yararlanmaq lazımdı. Emeqara iki mərkəz müdafiəçisini birləşdirməlidi. Elə oynamalıdı ki, hər iki mərkəz müdafiəçisi onun yanında olmalıdı. Daha sonra mərkəz xətdən hücum etmək mümkündü. Sən səfərdə uduzmusansa qol vurmalısan. Amma bu o demək deyil ki, hamı hücuma keçməlidi. Balans yaranmalıdı. Onların hücumlarını ikinci xətdə cərimə zərbələri ilə "qırmaq" lazımdı. Qısası müdafiədə səhvsiz oynamalıdılar. Bilmirəm onların futbolçuları hündürdü ya yox. Cərimə və künc zərbələri zamanı diqqət göstərilməlidi".

Sport7.az

Xəbər lenti