"Abromoviçin postunda keçsəydim, indi bonkrot olmuşduq" - Joze Mourinyo

Ötən gün gözlənilən baş verdi. Joze Mourinyo "Çelsi"dən göndərildi. Portuqaliyalı çalışdırıcı İngiltərə fəaliyyət göstərdiyi müddət ərzində bir sıra maraqlı açıqlamaları ilə yadda qalmışdı. Sizi onun bir neçə maraqlı açıqlamaları ilə tanış edirik: 


* "Klaudio Ranyeri İngiltərə 4 il qaldı. Sadəcə, günaydın və xoş günlər deməyi öyrəndi. Başqa söz öyrənə bilmədi".

* "Nyukasl" meydanın ortasında inəyi dayanacaqda saxlayanlara bənzəyirdi. Oyun ondan sonra durdu. Çünki meydanda inək var idi".

* "Arsen Venger rengenlə məşğul olur. Digər insanları izləməyi sevir. Bəzilərinin evində böyük teleskop vardır. Başqalarını evlərində nə etdiklərini izləmək üçündür. O da "Çelsi" haqqında danışır, danışır, danışır..."

* "Asan bir iş istəsəydim, "Porto"da qalardım. Gözəl, mavi rəngli kreslo, Çempionlar Liqasının kuboku, tanrı, tanrıdan sonra da mən..."

* "Əgər Abromoviç məşqlərdə mənə kömək etsəydi, liqanın ən aşağı pilləsinə yuvarlanardıq. Mən onun postunda keçsəydim, indi bonkrot olmuşduq".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR