ABŞ ardıcıl üçüncü dəfə dünya çempionu oldu

ABŞ ardıcıl üçüncü dəfə dünya çempionu oldu

Cənubi Koreyanın Kvandju şəhərində keçirilən Su İdman növləri üzrə dünya çempionatında qadın su poloçuların mübarizəsində mükafatçılar müəyyənləşib.

Finalda İspaniyanı 11:6 hesabı ilə məğlub edən ABŞ ardıcıl 3-cü dəfə dünya çempionu olub. İspanlar iki il əvvəl olduğu kimi, yenə gümüş medalla kifayətlənməli olublar.

Üçüncülük uğrunda görüşdə Macarıstanı 10:9 hesabı ilə üstələyən Avstraliya yığması bürünc medal qazanıb.


Dünya çempionatı

Kvandju (Cənubi Koreya)

Su polosu

Qadınlar

Final

ABŞ - İspaniya - 11:6


Üçüncülük uğrunda görüş

Avstraliya - Macarıstan - 10:9


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR