Fransa ABŞ-ı məğlub etdi və dünya çempionatında yarımfinala yüksəldi

Fransa ABŞ-ı məğlub etdi və dünya çempionatında yarımfinala yüksəldi

Kişi basketbolçuların dünya çempionatında 1/4 final mərhələsinin görüşləri keçirilir.

Turnirin əsas favoriti hesab olunan ABŞ Fransa ilə qarşılaşıb. Liderliyin tez-tez tərəf dəyişdirdiyi matçın son anlarında üstün oyun nümayiş etdirən "xoruzlar" 89:79 hesabı ilə qələbə qazanıb. Beləliklə, ABŞ 1/4 finalda mübarizəni dayandırıb.

Evan Furnye (22 xal) və Rudi Qober (21 xal) Fransanın qələbəsində əsas pay sahibləri olublar. ABŞ-ın heyətində Donovan Mitçellin oyunu 29 xalla tamamlayıb.


Dünya çempionatı

Çin

1/4 final

ABŞ - Fransa - 79:89


Fransa yarımfinalda Argentina ilə qarşılaşacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR