Adebayordan intihar etirafı

Adebayordan intihar etirafı
"Başakşehir"in dünyaca məşhur futbolçusu Emmanuel Adebayorun etirafı diqqət çəkib. 
 
Sport7.az xəbər verir ki, futbolçu "La Qazetta dello Sport"a geniş müsahibəsində intihar etməyi düşündüyünü söyləyib. Səbəb kimi ailəsindəki problemləri göstərib: "Ailəmlə problemlərim olduğundan hətta, intihar etməyi düşünürdüm. Mənim hekayəm başqalarına nümunə ola bilər. İnsanlar həmişə xoşbəxt olmağı bacarmalıdılar. 
 
3 il öncə sosial media hesabımdan özəl həyatıma və məni ailəmdən qoparan bütün problemlərə dair fikirlərimi paylaşdım. O zamandan bəri heç nə dəyişməyib. Mənə olduğum kimi davranılmasını istəyirəm. Yəni bir fərd kimi".
 
Sport7.az

Xəbər lenti