Adı Araz çayından götürülən Özbilisin hekayəsi

Adı Araz çayından götürülən Özbilisin hekayəsi

Türkiyə mediasına virtual səyahət zamanı maraqlı yazı ilə rastlaşdıq. Sport7.az xəbər verir ki, yazıda "Beşiktaş"a yeni transfer olunan Ermənistan millisinin üzvü Aras Özbilsindən söhbət açılır.

Yazı müəllifi ermənini türk klubuna transfer olunmasını normal qarşılayır və ona uğurlar arzulayır. Müəllif Serkan Akkoyunun qələmə aldığı yazının maraqlı olacağını düşünüb, sizlərlə bölüşmək qərarına gəldik.

"Həmşəhərim Qrant Dinkin ölümündən sonra vəziyyət qarışmışdı. Hər kəs özünü gündəmə gətirməyə çalışırdı. 2007-ci ilin ilk ayında aparılan müzakirələrdən biri də müsiqi dünyası ilə bağlı idi.

Eməniəsilli jurnalist dinkin ölümündən sonra çalışdığı "Agos" qəzetinin redaksiyasının yanında yerləşən musiqi mağazasında bizim "Sarı Gəlin" türküsü çalınırdı. Bu, qəzetlərin diqqətini çəkdi. Ermənilər ermənicə, türklər də türkçə mahnının sözlərini bildikləri üçün "bizimdi, sizindi" müzakirəsi başlamışdı. Mövzu ilə ən gözəl cümləni isə jurnalist Bahar Bakır demişdi: "Sarı Gəlin" əslində paylaşılmayan deyil, paylaşılan bir türküdü".

Bəlli bir yaşa qədər uşaqlara Türkiyə ilə Ermənistanın düşmən olduqları öyrədilir. Yaşa dolduqca əslində "Bu, heç də belə deyilmiş" deyə, düşünürsən.  Elə, yaxuda da belə bir-birilənin sərhədləri olan, dünyanın bir çox ölkəsi kimi iki millətin də yaxşı və pis xatirələri var. Önəmli olan xatirələrin bizi əhatə eməməsisidi. Əhatə edəndə nə olur? Bir futbol komandası erməni futbolçu transfer etdiyi üçün, aləm bir-birinə dəyir. Bu yazı "Beşiktaş"ın yeni transferi Aras Özbilisə görə qələmə alınıb.

İstanbulun Bakırköy bölgəsində dünyaya gələn Arasın adı Ermenistana da axan Araz çayından götürülüb. Buna görə də futbolçuya Ermənistanda "Araks" və ya "Arax" deyənlər də var. Arasın Türkiyə ilə bağlılığı 90-cı illərin əvvəlində ailəsinin Hollandiyaya köçməsi ilə yekunlaşdı. Azsaylı ermənilə arasından böyüdü, futbolçu oldu. Ancaq Ermənistan millisinin üzvü Özbilislə bağlı bilmədiyimiz məqamlar da var.

Ermənistan mədəniyyəti və tarixi üzrə araşdırmaçı Araks Marutyan futbolçunun ulu babasının izinə rast gəlib. Araşdırmaçı daha sonra futbolçunun ailəsi ilə görüşüb. Məlum olub ki, onun ulu babası 1915-ci ildə yaşanan hadisələr zamanı həyatda qalıb və Türkiyədə yaşamağa davam edib. Həmin vaxt İstanbulda bir o qədər də erməni qalmadığı üçün heç kimlə öz dillərində danışa bilməyib. Buna görə o, öz mədəniyyətinə sahib çıxmaq üçün hər gün güzgü qarşısında öz-özünə ermənicə danışarmış. Beləliklə öz dilini unutmamış oldu. Onların uşaqları da, nəvələri də ermənicə danışdı. Hazırda Aras öz dili ilə yanaşı, rusca, almanca, ingiliscə və hollandca bilir.

Bu hekayənin sadəcə futbolçunun soyadına bağlılığı var. Ulu babası öz soyadının Özbilis (Zbilizyan) seçməsinin səbəbi ayna ilə üz-üzə danışmasıdı. Özbilis "Öz mədəniyyətinə sahib çıxmaq" deməkdi. İndi adı Araz çayından, soyadı isə ulu babasında  götürülən futbolçu Türkiyə bayrağı olan formanı üzərində daşıyacaq! Bu, 100 illik mirasdı"

Hazırladı: Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR