Adil Mahmudov böyük hesabla yenildiyi komandanı təriflədi

Adil Mahmudov böyük hesabla yenildiyi komandanı təriflədi

Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Qaradağ Lökbatan”ı məğlub edən "Neftçi” növbəti mərhələyə vəsiqə qazanıb. Sport7.az saytının xəbərinə görə, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilən görüşdə flaqman 3:0 hesabı ilə qalib gəlib.

Oyundan sonra keçirilən mətbuat konfransında hər iki komandanın baş məşqçisi fikirlərini bildirib. Əvvəlcə I dəstə klubununun dəyişməz çalışdırıcısı Adil Mahmudovu dinləyək: "Kubok oyununa köklənmək tam başqadır.  Biz bu oyuna yaxşı hazırlaşmışdıq. Rəqibimiz "Neftçi” Azərbaycan futbolunun flaqmanıdır. Onlara qarşı oynamaq bizim üçün şərəfdir. İnşallah, "Neftçi” bu il Azərbaycan kubokunu qazanar. Bizim isə qarşıda vacib oyunlarımız var və həmin oyunlara hazırlaşmalıyıq”.

Meydan sahiblərinin baş məşqçisi Arif Əsədov isə qısa danışıb: "Öz komandam barədə geniş danışmaq istəmirəm. "Qaradağ Lökbatan” klubunun oyununu qeyd etməliyəm. Komandanın heyətində yaxşı gənc oyunçular var”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR