AFFA 3 klubdan 800 manat

AFFA 3 klubdan 800 manat "qopardı"

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
 
Sport7.az xəbər verir ki, iclasda Premyer Liqanın 15-ci turu ilə bağlı aşağıdakı qərarlar çıxarılıb: 
 
Premyer Liqanın XV turunun "Neftçi” – "Sumqayıt” oyununda "Neftçi”nin 3 nömrəli oyunçusu  Voislav Stankoviç sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47). Oyun zamanı "Sumqayıt” klubunun azarkeşləri pirotexniki maddələrdən istifadə etdiyi üçün klub 800 manat cərimə olunur (maddə 51).
 
Premyer Liqanın XV turunun "Səbail” – "Qarabağ” oyununda "Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə maddə 39).

Premyer Liqanın XV turunun "Qəbələ”  - "Keşlə” oyununda "Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR