AFFA 4 klubu cərimələdi

AFFA 4 klubu cərimələdi

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sport7.az xəbər verir ki, iclasda Premyer Liqanın 17-ci turunda baş verən qayda pozuntularına aid aşağıdakı qərarlar qəbul olunub: 
 
25.02.2021-ci ildə Premyer Liqanın XVII turunun "Qəbələ” – "Sumqayıt” oyununda "Qəbələ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)

25.02.2021-ci ildə Premyer Liqanın XVII turunun "Sabah” – "Keşlə” oyununda "Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
25.02.2021-ci ildə Premyer Liqanın XVII turunun "Sabah” – "Keşlə” oyununda "Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
25.02.2021-ci ildə Premyer Liqanın XVII turunun "Zirə” – "Neftçi” oyununda "Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
  
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR