AFFA Abbasovu vuran

AFFA Abbasovu vuran "Neftçi"nin məşqçisilə bağlı qərar verdi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı Premeyr Liqanın 3-cü turu çərçivəsində keçirilən "Neftçi – "Sumqayıt” matçıyla bağlı qərarı dəyişib.

Sport7.az xəbər verir ki, qurum, "Neftçi”nin məşqçisi Etibar Tarıverdiyevlə bağlı qərarı dəyişib:

"Neftçi” klubu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 sentyabr 2019-cu il tarixində, 2019/2020 mövsümündə, 28-ci Premyer Liqanın 3-cü turu çərçivəsində keçirilmiş "Neftçi” – "Sumqayıt” oyununun 90+4-cü dəqiqəsində "Neftçi” klubunun məşqçisi Etibar Tarıverdiyevin rəqib klubun baş məşqçisi Ayxan Abbasova əl ilə zərbə vurduğuna görə, AFFA İntizam Komitəsinin 3 sentyabr 2019-cu il tarixli qərarı ilə cəzalandırıldığı oyun sayı 20-dən 10-a, kluba tətbiq olunan cərimə 16000 (on altı min) manatdan 8000 (səkkiz min) manata endirilsin”.

"Neftçi” "Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR