AFFA Avroliqanın finalının təbliğatını Qazaxıstanda aparır

AFFA Avroliqanın finalının təbliğatını Qazaxıstanda aparır

Bu gün Qazaxıstanın Almatı şəhərində "Turizm və səyahət” beynəlxalq sərgisi öz işinə başlayıb.

Sport7.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq UEFA Avropa Liqasının final oyununun təbliğatı məqsədilə milli assosiasiya, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu birgə beynəlxalq sərgidə iştirak edir.

UEFA Avropa Liqasının kubokunun nümayiş etdirildiyi sərgidə iştirakçılara final oyunu ilə bağlı məlumatlar təqdim olunur. Sərginin işinə aprelin 19-da yekun vurulacaq.

Final matçı mayın 29-da keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR