AFFA Birinci Divizionda 5 klubu cəzalandırdı

AFFA Birinci Divizionda 5 klubu cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sport7.az xəbər verir ki, iclasda Birinci Divizionun 10-cu turu ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
 
7 noyabr 2019-cu il, 2019/2020 mövsümündə I divizionun X  turunun "Zaqatala” – "Keşlə-2” matçında "Zaqatala” və ”Keşlə-2” klublarının 5 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunur (maddə 39).
Oyunun 63-cü dəqiqəsində "Keşlə-2” klubunun 66 №-li futbolçusu Murad Qayalı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır,
klub 20 manat cərimə olunur (maddə 47).
 
7 noyabr 2019-cu il, 2019/2020 mövsümündə I divizionun X  turunun "Zirə-2” – MOİK matçında "Zirə-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
Oyunun 23-cü dəqiqəsində MOİK klubunun 33 №-li futbolçusu Fərid Nadirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).
Oyunun 57-ci dəqiqəsində MOİK klubunun 13 №-li futbolçusu Kənan Zülfüqarov ciddi qayda pozuntusuna görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 47).
 
8 noyabr 2019-cu il, 2019/2020 mövsümündə I divizionun X  turunun "Səbail-2” – "Kəpəz” matçında "Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR